10 C
Baku
Tuesday, November 26, 2024

G7 Rusiyanın dondurulmuş səhmlərindən Ukraynaya $50 mlrd. ayıracaq

G7 ölkələrinin liderləri bu gün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə olunmaqla Ukraynaya 50 milyard dollar kreditin verilməsinə dair razılaşmanı elan etmək niyyətindədir.

Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, danışıqlar aparan tərəflər sövdələşməni elə strukturlaşdırıblar ki, bütün iştirakçı ölkələr riskləri bölüşsünlər.

“Bu kredit əsasən Birləşmiş Ştatlar tərəfindən veriləcək və Avropadan gələn pullarla tamamlanacaq”, – mənbə deyib.

Qeyd olunur ki, Rusiya səhmlərindən əldə edilən mənfəət ehtiyacları ödəmək üçün kifayət etməyəcəyi təqdirdə ölkələr xərclərin necə bölüşdürüləcəyini müzakirə edirlər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər