G7 ölkələrinin Yaponiyada keçirilən sammitində Rusiyanın milyard dollarlıq almaz ixracına sanksiya tətbiq edilməsi müzakirə ediləcək.
Bu barədə AFP-yə adı açıqlanmayan Aİ rəsmisi bildirib: “Biz inanırıq ki, biz Rusiya ticarətinin bu sektordakı ixracını məhdudlaşdırmalıyıq”,- rəsmi deyib.
O əlavə edib ki, G7 ölkələrinin iqtisadi baxımdan həssas olan bu məsələ ilə bağlı Yaponiyada keçirilən sammit çərçivəsində yekun razılaşma əldə etməsi ehtimalı yoxdur. Qeyd edək ki, Rusiyanın 2021-ci ildə 5 milyard dollar dəyərində almaz ixrac etdiyi bildirilir. BƏƏ, Hindistan və Belçika Rusiyanın əsas almaz idxalçılarıdır.