10 C
Baku
Friday, December 13, 2024

G7 Ukrayna üzrə uzunmüddətli təhlükəsizlik öhdəliklərini razılaşdırıb

G7 ölkələri Ukrayna üzrə uzunmüddətli təhlükəsizlik təminatlarının ümumi prinsiplərini razılaşdırıblar. Bu barədə NATO-nun Vilnüs sammitinin yekununda qəbul edilmiş birgə bəyannamədə deyilir.

“Financial Times”ın istinad etdiyi sənəddə deyilir ki, zəmanətlər arasında quruda, havada və dəniz mühitində müasir hərbi texnikanın tədarükü, habelə Ukraynanın kibertəhlükəsizliyinin təmin edilməsinə yardım göstərilib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Buna cavab olaraq, məqalədə qeyd olunur ki, Kiyev məhkəmə sistemində və silahlı qüvvələrə mülki nəzarətdə islahatlar aparmaq öhdəliyini götürür.

G7 həmçinin Kiyevə silah tədarükünü artırmağa, kəşfiyyat məlumat mübadiləsini sürətləndirməyə, hərbçilərin təlimini genişləndirməyə söz verib.

Son xəbərlər
Digər xəbərlər