“Böyük Yeddilik” (G7) və Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.
Bu barədə “Financial Times” qəzeti G7 liderlərinin bəyanat layihəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniya kimi ölkələrə boru kəməri qazının ixracının bərpasının qarşısını almalıdır. Moskvanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə faktiki olaraq kəsilib.