G7 ölkələri (B. Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) və Avstraliya Rusiya neftinə sabit qiymət tətbiq etmək barədə razılığa gəliblər. Qiymət tavanı hələ müəyyən edilməyib, lakin noyabrın sonuna kimi müəyyən edilməyi planlaşdırılır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Avropa İttifaqı Rusiya neftinə qiymət tavanının tətbiqinin hüquqi əsasını oktyabrda təsdiq edilmiş səkkizinci sanksiyalar paketində qoyub. ABŞ Xəzinədarlığı neftin bir barelinin qiymətini 40-60 dollar səviyyəsində təyin etməyi təklif edib. Rusiya Prezidenti Vladimir Putin isə xəbərdarlıq edib ki, ölkə öz qiymətlərini məhdudlaşdıran ölkələri enerji resursları ilə təmin etməyəcək.