G7 ölkələrinin xarici işlər nazirlərinin Yaponiyanın bu təşkilatda sədrliyi altında görüşü gələn il aprelin 16-18-də keçiriləcək.
Bunu Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi deyib.
Görüşün Tokiodan yüksəksürətli qatarla təxminən bir saatlıq məsafədə, Naqano prefekturasının dağlarında yerləşən Karuizava şəhərində keçirilməsi planlaşdırılır. Gözlənildiyi kimi, gündəliyin əsas bəndləri Ukrayna ətrafındakı vəziyyət və Asiya-Sakit okean regionunda Çinin mövqelərinin möhkəmlənməsi olacaq.
Qeyd edək ki, 2023-cü ildə G7-yə sədrlik Yaponiyaya keçir.