“Gabala Hospitality Group”a yeni baş icraçı direktor təyin edilib

“Gabala Hospitality Group” şirkətində yeni təyinat olub.

Banker.az xəbər verir ki, Ramin Qurbanov “Gabala Hospitality Group” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunub.

O, 2024-cü ilin sentyabr ayından 2026-cı ilin may ayına kimi “Gabala Hospitality Group”un Əməliyyat üzrə baş direktoru kimi çalışıb.

Ramin Qurbanov 2005–2010-cu illərdə Qafqaz Universitetində Biznesin idarə edilməsi və menecment ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Bremen Tətbiqi Elmlər Universitetində 2010–2011-ci illərdə Beynəlxalq turizmin idarə edilməsi ixtisası üzrə MBA dərəcəsinə yiyələnib.

Xatırladaq ki, “Gabala Hospitality Group” 1 oktyabr 2019-cu il tarixindən fəaliyyət göstərən, Qəbələ bölgəsində yerləşən “Qafqaz” otellər zəncirinə aid üç otelin, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin, “Qəbələnd” Əyləncə Parkının və Qəbələ Atıcılıq Klubunun idarəedici şirkətidir.

Son xəbərlər
Digər xəbərlər