13 C
Baku
Tuesday, May 7, 2024

Gah sürünən, gah da quş kimi uçan zaman haqqında

Bəzən o uçur. Digər situasiyalarda isə o dözülməz dərəcədə uzanır və təəssüf ki, yaş ötdükcə daha da sürətlənir. Vaxt –bərpa oluna bilməyən resursların ən dəyərlisi olub, sürüşüb, aradan çıxmaq xüsusiyyətinə malikdir.

Bəs nəyə görə biz vaxt axını fərqli şəkildə qəbul edirik?

1. Bizim vaxt qiymətləndirməmizə psixoloji faktorlar, o cümlədən də emosiyalar əhəmiyyətli dərəcədə təsir göstərir. Eksperimentlərin birində tədqiqatçılar iştirakçılardan xahiş edilərlər ki, otaq boyu gəzişib, bir-bir ilə söhbət etsinlər və bu söhbət əsnasında növbəti mərhələdə kimlə iştirak etməyə dair qərar versinlər.

Daha sonra hər bir iştirakçıya otaqdan çıxmağı deyirlər, bu zaman onlara əsasən iki variant söylənilirdi: «Mən çox üzr istəyirəm, amma heç kəs sizin tərəfdaşınız olmaq istəmir, olar ki siz tapşırıqda tək iştirak edəsiniz? » ya da «Hamı sizi seçmişdi, indi ona gərə biz belə qərar verdik ki, ədalətli olsun deyə siz bu tapşırıqda tək iştirak edəsiniz». Bundan sonra iştirakçılardan tapşırığa nə qədər vaxt sərf etdiklərini qiymətləndirmək xahiş olunurdu.

Tapşırıqda tək iştirak etməyinin səbəbini populyarlıqda görən iştirakçılar üçün vaxt sadəcə çox sürətlə uçurdu. Özünü rədd edilmiş hesab edənlər üçün isə vaxt çox asta keçirdi.

2. Vaxtın qavranmasında ikinci vacib rol oynayan faktor yaddaşdır. Məsələn daha çox əqli biliklər istifadə etməyi tələb edən yeni təcrübə, elə bil ki, daha çox davam edir, nəinki oxşar və təkrarlanan situasiyalar. Buna görə də yeni bit yerə gedəndə yol daha uzun görünür, nəinki geri qayıdanda.

3. Biz həmişə cari vaxtı qiymətləndirdiyimiz kimi keçmiş vaxtı da qiymətləndiririk. Ortaya müəyyən uyğunsuzluq çıxanda vaxt təhrif olunur. Məsələn qripə yoluxduqda vaxt sizə daha uzun görünə bilər, çünki xəstəlik qavramanı zəiflədir və sanki dəqiqələrin saat qədər uzun keçməsi təəssüratı yaranır.

Amma əgər siz keçmişdə xəstə olduğunuz vaxtı xatırlayırsınızsa, o sizə inanılmaz dərəcədə sürətli görünəcək. Məsələ ondadır ki, monotonluq (yeknəsəqlik) beyində bir təcrübə kimi kodlaşır. Eyni miqdarla lakin əyləncəli bir səyahətdə keçirdiyiniz vaxt yaddaşda daha çox xatirə ilə qalacaq.

4. İnsanın yaşı da vaxtın və keçmişin qavranmasına təsir edir. Burada mütənasiblik effekti rol oynayır. Belə nəzərə alın ki, “il” –sizin həyatınızın beşdə bir hissəsidir. Sizin 5 yaşınız olanda bu sizin üçün olduqca uzun müddətdir. 50 yaşınız olanda isə bu rəqəm daha az proporsiyaya bərabər olur (50-də bir) və müvafiq zaman miqdarını tutur.

5. Amma hər şeyi təkcə mütənasiblik effektinin üstünə yıxmaq olmaz. İnsan yaşlandıqca və təcrübəsi artıqca, onun üçün yenilik kəsb edən fəaliyyət növlərinin sayı azalır. Beləliklə bu tapşırıqlar onun üçün daha asan və o qədər də yaddaqalan (əhəmiyyətli) olmur. Və vaxtın daha sürətlə keçməsi fikri yaranır.

Belə olduqda yeni fəaliyyət növləri axtarmaq faydalıdır, xüsusən də bazar günləri üçün, axı onda vaxtın lap sürətlə keçməsi təəssüratı yaranır.

6. Əksər insanların beynində – gələcək geniş bir məkandır, orada vaxt olduqca çoxdur və biz onun sərbəst şəkildə idarə edə bilərik. Məşğul bir insandan sizə 10 dəqiqə vaxt ayırmasını xahiş edin və onun bunu etməyə vaxtı olmayacaq. Amma siz ona desəniz ki, təxminən 1il sonra 1 saatlıq onunla görüşmək istəyirsinizsə, ayı yəqin ki, məmnuniyyətlə sizinlə görüşməyə razılaşacaq.

7. Mütəxəssislər xəbərdarlıq edir ki, gələcəklə bağlı hər hansı bir məsələni planlaşdırdıqda, tərtibat işlərində olduqca diqqətli olmaq lazımdır. Məsələn, siz xəbər versəniz ki, çərşənbə günü keçirilməli olan iclası iki gün qabağa çəkəcəksiniz, insanlar bunu fərqli şəkildə qavraya bilər, bəziləri bunu həftənin axırına doğru, digərləri isə həftənin əvvəlinə doğru olduğunu fikirləşəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər