16 C
Baku
Thursday, November 6, 2025

“Galaxy Digital” bitkoinin qiymət proqnozunu ilin sonuna kimi 120 min dollara endirib

İnvestisiya şirkəti “Galaxy Digital”ın analitikləri 2025-ci ilin sonuna olan bitkoinin qiymət proqnozunu 185 min dollardan 120 min dollara endiriblər. Şirkətin baş analitiki Aleks Torn investorlar üçün hazırladığı qeyddə bunu bazarın dinamikasının zəifləməsi və struktur dəyişiklikləri ilə əlaqələndirib.

Məhdudlaşdırıcı amillər arasında iri sahibkarların satışları, kriptoehtiyata malik şirkətlərin (məsələn, “Strategy” və bənzərlərinin) aktivliyinin azalması, həmçinin kapital axınının qızıla, aksiyalara, steyblkoinlərə və süni intellekt sektoruna yönəlməsi qeyd olunur.

10–11 oktyabr tarixlərində baş verən genişmiqyaslı kreditli mövqelərin ləğvi likvidliyə zərbə vurub və artımın davamına inamı azaldıb. ETF vasitəsilə olan institusional axınlar bazara təsir göstərməyə davam etsə də, pərakəndə investorların 2021-ci ildəki səviyyədə geri dönüşü müşahidə olunmur.

“Galaxy” həmçinin dövlətlərin bitkoin alışı ilə bağlı bəyanatların olmamasını və yeni ictimai şirkətlərin kripto ehtiyatları formalaşdırmağa maraq göstərməməsini qeyd edib.

Bununla belə, bazar strukturu sabit qalır. Analitiklərin fikrincə, 100 min dollar ətrafındakı səviyyələr bazarda “buğa” meylinin qorunduğunu göstərir. Şirkət hesab edir ki, ilin sonuna qədər əvvəlki maksimumların yenidən əldə edilməsi hələ də mümkündür.

Son xəbərlər
Digər xəbərlər