Samsung şirkəti Galaxy Note 20 smartfonunu təqdim etməyib, lakin insayderlər artıq indidən onun texniki özəllikləri barəsində məlumat verməyə başlayıblar. Beləliklə verilmiş məlumata əsasən Galaxy Note 20 smartfonu Exynos prosessoru il təchiz olunacaq. Məlumatda qeyd olunub ki, Galaxy Note 20-nin sahib olacağı Exynos modeli Qualcomm prosessorlarından daha güclü olacaq.
İnsayderlər qeyd ediblər ki, sözügedən smartfon hələ anons olunmamış Exynos 992 prosessoru ilə təchiz olunacaq. Qrafik göstəricilərdən isə Mali-G77 MP11 çipi cavabdeh olacaq. Exynos 992 prosessorun Exynos 990 modelindən əsas fərqi aşağı enerji sərfiyyatında və yüksək performans göstəricisində olmalıdır. Gözləntilərə əsasən Exynos 992 modeli Snapdragon 865 prosessorundan 3% daha güclü olacaq. Exynos 992-nin iyul ayında təqdim olunacağı güman edilir.
©Technote