6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“GameStop”un səhmləri 25 dəqiqə ərzində yarıya qədər “çöküb”

“GameStop”un səhmləri çərşənbə günü 40% artaraq 29 yanvar tarixindən bəri yeni zirvəyə çatıb.

Bu barədə Banker.az “Forbes.ru”ya istinadən xəbər verir.

Lakin ticarət sessiyasının sonunda 25 dəqiqə ərzində qiymətli kağızlar yarıya qədər “çöküb”.

Nyu-York birjasına əsasən, gün ərzində səhmlərin maksimum qiyməti Bakı vaxtı ilə 21:15-də 348.5 dollar (+41.15%) olub. Bunun ardınca kəskin eniş baş verib – 25 dəqiqə sonra Bakı vaxtı ilə 21:40-da “GameStop”un səhmləri yarıya qədər ucuzlaşıb və 171 dollar səviyyəsinə düşüb.

Qeyd edək ki, kəskin enişdən sonra qiymət yenidən böyüməyə başlayıb və Bakı vaxtı ilə 22:18-də 274 dollara çatıb.

“GameStop”un səhmləri “üsyançı treyderlər”in ilk hədəfi olmuşdur – “Reddit” platformasının investorları riteylerləri qiymətli kağızları almağa təşviq etməyə başlayıblar. Beləliklə, aksiya iştirakçıları səhmlərin dəyərinin düşməsindən pul qazanan böyük investorların qarşısını almaq istəyiblər. Nəticədə “GameStop”un səhmləri 2000%-dən çox bahalaşıb və zirvədə 483 dollar səviyyəsinə çatıb.

Fevral ayında səhmlər yenidən ucuzlaşıb və 38.5 dollar təşkil edib. Lakin şirkət maliyyə direktorunun dəyişdiyini elan etdikdən sonra yeni artım başlayıb. “Üsyançı treyderlərin” hərəkətləri sayəsində bir neçə “hedge” fond zərər çəkib. “GameStop” bu xəbəri şərh etməyib.

Son xəbərlər
Oxşar xəbərlər