15 C
Baku
Sunday, October 6, 2024

GAP Analizi

Azfen J.V. HR Department – Elçin Çobanovelchin%20cobnao

 GAP elə bir analiz növüdür ki, şirkətin cari fəaliyyəti ilə potensial fəaliyyətini müqayisə etməyə kömək edir. Əsasında iki məsələ durur “Hal hazırkı vəziyyətimiz necədir?”“Hədəflərimiz nədir?”. Əgər şirkət istehsal faktorlarından maksimum istifadə etmirsə onda potensialının altında bir fəaliyyət göstərəcək. GAP analizi şirkətin resurslarının optimal ayrılması və çevrilməsi ilə hazırkı səviyyə arasındaki boşluğu (GAP ingilis dilində boşluq deməkdir) öyrənir. Bu bizə inkişafı mümkün olan sahələri üzəri çıxarmaqda kömək edir.

GAP analiz tələb olunan göstəricilərlə cari göstəricilər arasındaki fərqin müəyyənləşdirilməsindən, sənədləşdirilməsindən və sübutundan ibarətdir. GAP analizində əsasən qarşılaşdırma (benchmarking) və digər müqayisə metodlarından istifadə olunur.

Belə ki, ümumi göstəricilər müəyyən olunduqdan sonra bu göstəricilərin cari göstəricilərlə müqayisəsi mümkün olur. Bu müqaisə GAP analizini əmələ gətirir. Bu analiz strateji və operativ səviyyədə istifadə olunur. GAP analizdən müxtəlif aspektlərdə istifadə etmək olar.

  • Təşkilatlanmada
  • Biznes hədəflərində
  • Biznes fəaliyyətində
  • İnformasiya texnologiyalarında və s.

GAP analizi konkret hədəfə çatmaq üçün sərf olunan zamanı, vəsaiti və iş qüvvəsini öçür (Misal üçün: Şirkət vərəq üzərində sənədləşdirmədən virtual sənədləşməyə keçmək istəyir. Bunun üçün qeyd etdiyimiz faktorları nəzərə alir). Eyni zamanda GAP analizi bizə istehsalın və ya problemlərin həllinin nə dərəcədə düzgün (effektiv) təşkil olunması haqqında bizə məlumat verir. GAP analizi vasitəsi ilə siz proseslərə “Əla“, “Orta” “Zəif qiyməti verə bilərsiniz. Eyni zamanda GAP analizindən istifadə edərək siz müştəilərin nə tələb etdiyini və sizin məhsulunuzun nə təklif etdiyini öyrənərək məhsulunuzu inkişaf etdirə bilərsiz. Ümumiyyətlə şirkətin fəaliyyətini davam etdirməsi və böyüməsi üçün GAP-ın (boşluqların) nəzərə alınması şərtdir.

Son xəbərlər
Digər xəbərlər