25 C
Baku
Monday, April 29, 2024

Gary Hamel: «Liderin manifesti»

Strategos şirkətinin banisi Gary Hamel informasiya mübadiləsinin sürətlə yayıldığı dünyada azadlıq sevən insanları necə idarə etməyin mümkün olduğu barədə bəhs edir.

Uğurun təhlükələri

Uğurlu novator olmaq üçün hər kəs tərəfdən qəbul edilmiş qaydalara, həqiqətlərə skeptik yanaşmaq gərəkdir. Hər bir sahədə vaxt ötdükcə müxtəlif təşkilatların zehni modelləri bir-birinə oxşamağa, yaxınlaşmağa başlayır. Çünki müxtəlif təşkilatların sədrləri eyni jurnalları oxuyurlar, eyni konfranslara gedirlər, eyni müşavirlərlə əməkdaşlıq edirlər. 

Uğur bu prosesi tezləşdirir.

Fermerlər və çobanlar haqqında

Menecerlər bir çox hallarda özlərini fermer hesab edirlər. Onlara ayrılmış torpaq sahəsində – bazarın seqmentində, fəaliyyət növündə – onlar maksimal dərəcədə yüksək məhsul becərməlidirlər. Lakin vaxt ötdükcə məhsulların miqdarı azalır, çünki torpaqda duzun miqdarı artır (bazar dolğunlaşır) və yaxud torpağa yeridilmiş gübrələr bitir (məhsulların diferensasiyası pozulur). Lakin bizim fermer öz sahəsinə aşiq olduğu üçün o, torpağa daha da çox gübrə əlavə edir (marketinqə olan xərcləri artırır) və ya suvarma üçün dərin quyular qazır (hətta sərmayələrin azalan gəlirlərinə baxmayaraq əlavə investisiyalar cəlb edir).

Lakin menecerlər fermerlərə deyil, çobanlara oxşamalıdırlar. Çobanların sürüləri ot tapmaq üçün bir yerdən digər yerə gedirlər. Çoban nə torpaq sahəsinə, nə də müəyyən bir heyvana bağlı deyil. Otlaqda ot azaldığı zaman çoban sürüsünü başqa yerə aparır. Heyvan xəstələnəndə isə, onu sürüdən çıxardırlar. Bir müddətdən sonra sürü ot ilə dolu olan yeni otlaqda olur, qoca heyvanlar kəsilir və onların ətlərindən istifadə olunur. Heyvanların nəsli artır.

Azadlıq haqqında

Öz həyatınızı nəzərdən keçirdin. Siz nə vaxtsa özünüz etməyə qərar verdiyiniz deyil, sizə əmr olunan bir işə daha həvəslə yanaşdınızmı? Əməkdaşların işə cəlb olunmasına onları seçim azadlığından məhrum edən idarə sxemlərinin əsasları maneə olur.

Lakin avtoritar sxemlərə kənardan baxsaq, onlar bizə cəfəngiyat görünəcəklər. Məsələn, bir əməkdaşın özünə 25 000 dollar avtomobil alması qərarı normal qarşılandığı halda nəyə görə həmin əməkdaş yeni ofis oturacağı almaq üçün icazə almalıdır?

Adaptasiya haqqında

Buludlar atmosfer şəraitlərinə, temperatura və havanın rütubətinə əsasən suyun molekullarının kondensasiya və buxarlanması nəticəsində formalaşır və yox olurlar. Bu proses su molekulunun var olduğu şəraitdə baş verir. Təşkilatlar da belə olmalıdırlar. Təşkilatlarda keçərli olan güclərin nəticəsində ən müxtəlif quruluşlar əmələ gəlir və yaxud yoxa çıxır. Əgər insanlar azadlıq duyğusuna düşkündürlərsə, onlar bu qüvvələrin təsirini hiss edirlər və onları əhatə edən reallığa ən çox uyğun olan fəaliyyət növünü seçirlər.

İdarə olunmada təkamül yanaşması

Dünyada hadisələrin gedişatını proqnozlaşdırmaq çətindir, uzun müddətli planlar qurmaq isə faydasızdır. Ənənəvi idarəetmə prosesləri əsaslarında bioloji təkamül olan modellər ilə əvəz olunmalıdırlar. Məsələn, müxtəliflik (müxtəlif saylı ideyalar ilə işləmək), seçmə (ən vacib ideyaları yoxlamaq üçün bahalı olmayan tədqiqatlar təşkil etmək), saxlanması (diqqəti bazarda qiymətli olan ideyalara yönəltmək). İdarəetmənin bu cür təşkil olunmuş modeli ilə menecerlər yalnız strategiya deyil, bir sıra strategiyaların əmələ gəlməsi və inkişaf etməsi mümkün olan mühit yaratmış olacaqlar.

Təzə qan haqqında

Müxtəlif səviyyədə olan təşkilati iyerarxiyalarda əməkdaşlar kollektivi bu sahədə yaşa, cinsə, mədəniyyətə, biliklərə görə fərqli olmalıdırlar.

Həyata baxışı və həyat təcrübəsi fərqlənən insanlar digər əməkdaşlarından daha çox uğur qazanırlar. Təşkilata rəng qatmaq üçün hər bir şöbəyə və qanunları tərtib edən orqanlara daha çox gənc əməkdaş cəlb olunmalıdır.

Xırdalıqların vacibliyi

Hər hansısa bir məhsulun gözəl dizaynı onun üzərində işləyən insanların dahiliyindən deyil, onların insanları başa düşmək bacarıqlarından bəhs edir. İnsanları başa düşmək bacarığı istifadəçilərə bilavasitə təsir olan xırdalıqlara diqqət yetirməkdə ifadə olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər