“OPEC+” alyansının sazişi neft qiymətinin ilin sonuna qədər 45 dollar/barel səviyyəsinə yüksəlməsini səbəb ola bilər.
Banker.az xəbər verir ki, bu sözləri “Gazprom Neft”in baş direktoru Aleksandr Dyukov deyib.
Bankın CEO-su ehtimal edir ki, “OPEC+” razılaşması neftin qiymətinin kəskin artmasına gətirib çıxarmayacaq, ancaq beynəlxalq birlik epidemiyasının qarşısını almağı bacararsa, “qara qızıl”ın bir barrelinin qiymətinin 40 və ya 45 dollara qədər yüksəlmə ehtimalı var.
“Razılaşmanın nəticələrini nəzərə alsaq, qiymətin kəskin artması gözlənilməməlidir. 2020-ci ilin ikinci rübünün ən ağır dövr olacağını gözləyirik, lakin ümid edirik ki, karantin tədbirlərinin ləğvi və ticarətin bərpa olunması yay aylarında baş verəcək ki, nəticədə payızda neftin qiymətinin böhrandan əvvəlki səviyyəyə çatmasına şərait yaradacaq”, – deyə Dyukov qeyd edib.