8 C
Baku
Thursday, December 12, 2024

Gecikdirilmiş 500 min manatdan çox maaş işçilərə ödənib – Nazirlik

2022-ci ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 550 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Banker.az Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 94.7%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, həmçinin zərərə görə ödənclər olub.

Son xəbərlər
Digər xəbərlər