17 C
Baku
Sunday, May 5, 2024

Gecikməyimizə səbəb nədir?!

Hər bir insan həyatı boyu 1 dəfə belə olsun gecikib. Bu bağışlanan haldır. Lakin biz bunu sistemli şəkildə ediriksə, demək artıq düşünmək zamanıdır. Daimi gecikmələr arxasında dərin psixoloji amillər dayana bilər.

Bu sahədə yeganə nümunəvi “Gecikməməyin ən yaxşı üsulu” kitabının müəllifi Diana De Lonzer San-Fransisko universitetində bir araşdırma həyata keçirir. Bu araşdırmada 225 insan iştirak edirdi. Belə məlum olur ki, gecikməni özünə vərdiş halına çevirmiş insanlar narahatlıq və diqqət dağınıqlığı kimi şəxsiyyət keyfiyyətlərinə malikdirlər. Həmçinin onlar özünüqiymətləndirmə və intizam kriteriyalarında da punktual insanlardan geri qalmışlar.

Araşdırma gedişində zamanın müxtəlif qəbul edilməsi halları müşahidə edilib. Sadə bir test: istənilən bir kitabı götürün, vaxtı təyin edin və oxumağa başlayın. Özlüyünüzdə artıq 90 saniyənin keçdiyini təyin etdikdə dayanın və saata baxın. Diana De Lonzerin apardığı araşdırmaya görə, gecikməyə meyilli insanlar təyin edilmiş vaxtdan sonra oxumağı dayandırırlar, punktual insanlar isə yarım dəqiqənin keçməsini gözləmədən fəaliyyəti dayandırır.

1991-ci ildə Klivlend universitetində həyata keçirilən digər bir araşdırmaya görə isə daha çox gecikən insanların digər insanlardan fərqli olaraq daha çox qayğı ya ehtiyacları var. Anti-punktuallığın bu növü ilə mübarizə aparmaq elə də asan məsələ deyil. Lakin gecikmənizə səbəb olan amillər üzərində düşünüb onları qəbul etməyiniz mütləqdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər