-1 C
Baku
Sunday, December 15, 2024

Gediş haqqının məbləğinin hesablanması ilə bağlı yenilik – Bu tarixdən tətbiq ediləcək

Taksilərdə hərəkətə fasiləsiz olaraq nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılacaq.

Banker.az “XəzərXəbər”ə istinadən xəbər verir ki, bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz olaraq qeydə alınsın.

Bu, ”Avtomobil nəqliyyatı” haqqında qanunda edilən dəyişiklikdə yer alıb.

Bundan başqa, minik avtomobillərində onların qət etdiyi məsafənin, gediş haqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş ”taksometr” və proqram təminatı olmalıdır. Amma yeni dəyişikliyə bəzi taksi sürücülərinin fikirləri birmənalı deyil…

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları da müəyyən edilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi isə 25 manatdır. Azərbaycanda xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi isə 250 manatdır. Qaydalara əməl etməyən sürücülər aşkar edildikdə cərimə olunacaqlar.

Qeyd edək ki, buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1 000 manat, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan ərazisində ölkədaxili sərnişin və yükdaşımaların yerinə yetirilməsinə görə isə sürücülər 400 manat məbləğində cərimə olunacaqlar.

Bu qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər