2014-cü ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 %, sərnişindaşıma tarifləri isə 0,2 % ucuzlaşmışdır.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,1%, digər xarici ölkələr üzrə 7,5 % ucuzlaşma müşahidə olunmuşdur.
May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,7 % ucuzlaşmışdır.
MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 11,3 % ucuzlaşmış, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 4,0 % bahalaşmışdır.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 4,0 % ucuzlaşma müşahidə olunmuşdur.