9 C
Baku
Sunday, November 17, 2024

“Geely” və “Renault” birgə hibrid avtomobil istehsalına başlayacaqlar

“Geely Holding” və “Renault” Asiyada birgə hibrid avtomobil istehsalına başlayacaqlar.

Banker.az xəbər verir ki, yaxın vaxtlarda müqavilənin bağlanması haqqında açıqlama veriləcək.

Qeyd edək ki, birgə müəssisənin yaradılması haqqında müqavilə bu ilin əvvəlindən müzakirə olunur. Tərəfdaşlıq “Renault” şirkətinə Cənubi Koreyada möhkəmlənməyə və geniş mənada Asiyadakı payını artırmağa kömək edəcək.

Xatırladaq ki, “Renault” Çin bazarını 2020-ci ildə tərk edib. Yeni yaradılan müəssisədə istehsala “Geely”, reklama isə “Renault” cavabdeh olacaq.

Son xəbərlər
Digər xəbərlər