15 C
Baku
Saturday, October 19, 2024

General Electric bank biznesini satmaq niyyətindədir

Wall Street Journal (WSJ) nəşrinin mənbələrinin verdiyi məlumata görə, General Electric (GE) ABŞ-da orta biznesin kreditləşməsi ilə məşğul olan nəhəng maliyyə bölməsini satmaq barədə danışıqlar aparır.

GE şirkətinin ümumi aktiv həcmi 74 milyard dollar olan nəhəng bölməsinin potensial alıcıları qismində əsas olaraq Wells Fargo bankı göstərilir. Verilən məlumatlara görə, General Electric öz maliyyə aktivlərinin satışı ilə fəal olaraq məşğul olur.

Şirkət gələcəkdə özünün 200 milyard dollar həcmində aktivlərini satmağı da planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər