17 C
Baku
Wednesday, May 1, 2024

General Electric şirkətinin tarixi

Bu gün bütün dünyada məşhur olan çoxsahəli istehsala malik, tanınmış amerikan korporasiyasının əsası hələ 19-cu əsrdə qoyulub: 1878-ci ildə məşhur ixtiraçı Tomas Edison Edison Electric Light Company-adlı firmasını açır. Artıq cəmi iki ildən sonra fərasətli Edison, texniki qabiliyyətlərdən əlavə həm də maliyyəçi duyumuna sahib olan Tomas vakuum közərmə lampası hazırlamaq üçün patent əldə edir. Bundan sonra ixtiraçı hər yerdə elektrik işıqlanmasının tətbiqinə nail olmağa çalışır və o, getdikcə istehsalatı təkmilləşdirir, daha səmərəli və daha ucuz edirdi. 

1889-cu ildə onun kompaniyasının adı dəyişdirilir və Edison General Electric Company olur: şirkət özündə bütün elektrik istehsalı şəbəkəsini birləşdirir, o cümlədən generatorların hazırlanması, cərəyan dəyişdiricilər, elektrik sayğaclar, kabellər, tıxaclar, nəhayət lampaların özü və elektrik cihazları.

1890-cı illərin əvvəllərində Edison kompaniyanın bilavasitə idarəetməsindən uzaqlaşır, lakin o idarə heyətində yerini saxlayır və əsas fəaliyyətini ixtiraçılıq üzərində cəmləyir. Edison GE və firmasının və onun rəqibi olan Thomson-Houston Electric ( 1883-cü ildə məşhur fizik və mühəndis C.Tomsonun iştirakı ilə yaradılmış kompaniya) sahibləri belə bir qərara gəlirlər ki, bu iki kompaniyanı birləşdirmək daha məqsədəuyğundur.

Beləliklə 1892-ci ilin aprelində General Electric Company təşkil edilir – dünyaca məşhur korporasiyanın tarixi məhz bu gündən başlayır.
1900-cu ildə General Electric Nyu-York ştatının Şenektedi şəhərində ilk elmi-texniki laboratoriyasını təsis edir. Bu andan etibarən GE yeni texnoloji nailiyyətlər və sıçrayışlar silsiləsinin əsasın qoyur. Kompaniyanın ən uğurlu məhsullarından bəzilərini sizə təqdim edirik:

  • Toster (1905);
  • Lampalar üçün volfram spiral(1910);
  • Soyuducu (1917);
  • Amerikada ilk radio ötürücü (1922);
  • Amerikada ilk elektrovoz (1923);
  • Səsli film (1926);
  • Amerikada ilk televeriliş (1928);
  • FM tezliklərində radioverilişlər (1940);
  • İlk amerikan reaktiv təyyarəsi (1942);
  • Elektron mikroskop (1942);
  • Lexan rezini (1953-cü il, GE bu ixtira ilə məxsus öyünür, çünki məhz bu material 1969-cu ildə Ayın səthinə düşən kosmonavtların skafandr geyimlərinin əsasını təşkil etmişdir).
  • Süni almazlar (1955);
  • Halogen lampalar (1956);
  • İlk atom elektrik stansiyası (1957).

Əlbəttə ki, kompaniya zaman ötdükcə ayrıca bölmələrin müstəqil təşkili ilə məşğul olmaqdan imtina etməli oldu – bütöv firmaları almaq daha əlverişli idi ki, sonradan onları GE-nin tamamlayıcı bölmələrinə çevirmək olsun.

1917-ci ildə General Electric soyuducuların ilk seriyalı buraxılışını həyata keçirdi (dünyada ilk dəfə) və bununla da bu məişət əşyası amerikan həyat tərzinin başlıca elementlərindən birinə çevrildi, digər ölkələr üçün isə soyuducular ABŞ-ın simvoluna çevrildi.

Artıq çoxdan idi ki, kompaniyanın adı yenilik və keyfiyyət simvoluna çevrilmişdi. Amma ki, bütün bunlara nail olmuş kompaniya səmadan yerə enməyə tələsmirdi. Kompaniyanın daha vacib bir istiqaməti –təyyarə (aviasiya) quruculuğu idi – bu istiqamət kompaniyaya ilk reaktiv təyyarənin–P 59A yaradılması şöhrətini qazandırdı. 1974-cü ildə GE Fransanın SNECMA kompaniyası ilə müştərək şəkildə mülki aviasiya üçün təyyarə mühərriklərinin istehsalına başlayır.

General Electric Aircraft Engines kompaniyasının təyyarə mühərrikləri ilə bu gün bütün dünyada hava laynerləri təchiz olunur. Bu gün GE”Boinq” və “Aeroflot” kimi kompaniyalar ilə sıx əməkdaşlıq saxlayır.

ge3

General Electric-in müasir məhsulları

General Electric dahi ixtiraçının təvazökar laboratoriyasından fövqəl-korporasiyaya doğru inanılmaz bir uğur yolu qət etmişdir, indi onun demək olar ki, dünyanın bütün ölkələrində yerləşən törəmə müəssisələri, filial, bölmə və şöbələri fəaliyyət göstərir və onların sayı olduqca çoxdur. General Electric şirkətinin müasir fəaliyyət istiqaməti – yeni, yüksək sürətli və etibarlı təyyarə mühərriklərinin tərtibi, qeyri orqanik tərkibli tullantıların təkrar emalı, ekoloji cəhətdən təmiz süni qatran və plastmasın yaradılması və əlbəttə ki, məişət elektrik cihazlarının ( o cümlədən də soyuducular) hazırlanmasıdır.

115 il ərzində GE rəhbərləri daima öz istehsalat sahəsində liderlik edən çox profilli bir kompaniya formalaşdırıb. Onlar istehsalın genişlənməsi və xərclərin azaldılması ilə bağlı bütöv bir korporativ proqram kompleksi tərtib etmişlər. Maliyyə resurslarının daimi inkişafı və daxili nəzarət sistemi kompaniyaya hətta ən çətin dönəmlərdə belə böyüməyə imkan vermişdir.

«GE industry» kompaniyası layihə institutları ilə işləməyə xüsusi önəm verir. Aktual mövzular üzrə mütəmadi olaraq seminarlar keçirilir və kompaniya bütün lazımı texniki və sorğu ədəbiyyatını təqdim edir, zərurət yarandığı təqdirdə isə konsultasiya dəstəyini həyata keçirir.

«GE industry» kompaniyası öz tərəfdaşlarına yalnızca avtomatik ötürücülər qismində məhsullarını və müqavilələri təklif etməklə kifayətlənmir, bu tərəfdaşlıq dünya brendinin təmsilçiliyi altında sistemli bir biznesdən ibarətdir. Yalnız məsələnin bu cür qoyuluşu yüksək rəqabətli elektronika bazarında uğura və çiçəklənməyə nail olmağa imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər