10 C
Baku
Friday, December 13, 2024

“General Motors” 10 mlrd. dollarlıq səhmlərini geri alır

Amerikanın “General Motors” şirkəti 10 milyard dollar dəyərində səhmlərin geri alınmasını elan edib. “The Wall Street Journal” yazır ki, bu, son dövrlərin ən böyük geri alınma olacaq. Bildirilir ki, qiymətli kağızların ümumi sayı yekun hesablaşmalardan sonra müəyyən ediləcək.

“General Motors” həmçinin 2023-cü il üçün mənfəət proqnozunu bərpa edib və gələn ilin əvvəlindən öz pay dividendlərini 33% artırmaq niyyətindədir. Bu, CEO Meri Barranın özü avtonom və elektrik avtomobillərin istehsalı kimi sahələrdə uğursuzluqlardan sonra şirkətin investorları əmin etmək üçün atdığı addımdır.

Abvtomobil konserni bildirib ki, səhmdarlara aid olan xalis gəlirin 9.1-9.7 milyard dollar olacağı gözlənilir. Şirkət illik əməliyyat mənfəətinin 11.7-12.7 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.

“WSJ” qeyd edir ki, “General Motors”un səhmlərinin qiyməti 2023-cü ildə 14% ucuzlaşıb və noyabrın əvvəlində son üç aylıq minimuma çatıb. Noyabrın 29-da Nyu-York Fond Birjasında premarketdə şirkətin səhmləri 9.42% bahalaşaraq 31.61 dollar olub.

Son xəbərlər
Digər xəbərlər