4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“General Motors” 1960-cı illərdən bəri istifadə olunan loqosunu dəyişdi – Video

Amerikanın avtomobil şirkəti olan “General Motors” əsas prioritetinin elektromobil istehsalı olduğunu nümayiş etdirmək üçün son yarım əsrdə ilk dəfədir ki, loqosunu yeniləyir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, 1938-ci ildən bəri “General Motors”un loqosunda istifadə olunan böyük hərflərlə yazılan abreviaturaya müəyyən dəyişikliklər edilib. Yeni dizayn real avtomobillər üçün deyil, rəqəmsal mühit üçün yaradılıb. O, “Everybody In” reklam kampaniyasında nümayiş etdiriləcək.

Loqonun tünd-göy rəngi qradiyent çərçivəli mavi rənglə əvəz edilib. Şirkətdən verilən məlumata görə, yeni rəng “tullantısız gələcəkdə təmiz səmanı” təmsil edir. Qeyd edək ki, “General Motors” konserni “Chevrolet”, “GMC” və “Cadillac” kimi brendlərə sahibdir. Şirkət yaxın gələcəkdə tamamilə elektrik enerjisinə keçməyi və bu sahədə ən uğurlu istehsalçı olan “Tesla” ilə rəqabət aparmağı planlaşdırdığını açıqlayıb.

2025-ci ildə “GM” brendləri altında ümumi dəyəri 27 milyard dollar olan 30 yeni elektrikli avtomobil istehsal etməyi planlaşdırır ki, bu da şirkətin qaz və dizelə qoyduğu investisiyaları xeyli üstələyir.

“GM”in “elektrikli gələcək” qurmaq planlarına dair relizlərdə pilotsuz Origin, o cümlədən GMC Hummer EV kimi avtomobil modellərinin istehsalı haqqında danışılır. “Dünyanın ilk elektrikli yük maşını” kimi tanıdılan bu modelin 2021-ci ildə bazara çıxarılması planlaşdırılır.

“Chevrolet” və “Cadillac” brendləri altında ümumilikdə səkkiz elektrikli avtomobilin istehsal edilməsi gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər