14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“General Motors” 2025-ci ilədək 30 yeni elektromobil buraxacaq

faizlere

Amerikanın “General Motors” konserni 2025-ci ilədək elektrikli avtomobillərə 35 milyard dollar sərmayə qoymağı və 30-dan çox yeni model buraxmağı planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

“Şirkətimizin elektrikli avtomobillər bazarındakı inkişafını “Ultium” platforması təmin edəcək. Onun əsasında “Chevrolet”, “Buick”, GMC” və “Hummer” krossoverləri buraxılacaq”, – press-relizdə deyilir.

Xatırladaq ki, oktyabrın 12-si “General Motors” 2023-cü ilə qədər “Ultra Curise” adlı yeni avtomatik idarəetmə sistemini yaradacığını açıqlayıb.

Bu sistem “Cadillac” markasının seçilmiş modellərində mövcud “Super Cruise”ni əvəzləyəcək. “Ultra Cruise” uzaq məsafədə obyektləri vaxtında təyin edə biləcək LiDAR alacaq.1

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər