1 C
Baku
Thursday, February 27, 2025

“General Motors” 6 milyard dollarlıq “buyback” elan edib

Amerikanın avtomobil istehsalçısı “General Motors Co.” (GM) 6 milyard dollarlıq səhmlərin geri alınması (buyback) proqramını elan edib. Bildirilir ki, “buyback” proqramı 2025-ci ilin ikinci rübündə başa çatdırılması gözlənilən 2 milyard dollarlıq səhmlərin geri alınmasını nəzərdə tutur.

Bundan sonra, əvvəlki proqram çərçivəsində qalan resurslar nəzərə alınmaqla, geri satınalma üçün vəsaitin ümumi həcmi 4.3 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, şirkət rüblük dividentlərini hər səhm üçün 0.12 dollardan 0.15 dollara qədər artıracaq. Artan divident ödənişi ikinci rübdə başlayacaq.

Son xəbərlər
Digər xəbərlər