22 C
Baku
Friday, April 26, 2024

“General Motors” ABŞ-da 40 min enerji doldurma stansiyası quraşdıracaq

“General Motors” ABŞ-da elektrikli avtomobillər üçün 40 min enerji doldurma stansiyası quraşdıracaq.Qeyd edək ki, hələki “GM” avtomobillərinin sahibləri digər istehsalçıların doldurma stansiyalarından istifadə edirlər.

Banker.az xəbər verir ki, bundan əlavə, şirkət “Ultium Level 2” markası altında ev və biznes üçün enerji doldurma stansiyalarını satmağa başlayacaq. “GM” öz dilerlərinin hər birinə 10-a qədər stansiya təqdim edəcək və 40 min cihazın hamısının quraşdırma xərcini ödəməyəcək.

Bu proqram avtomobil konserninin 2025-ci ilə qədər avtomobillərin enerji doldurma infrastrukturuna təxminən 750 milyon dollar sərmayə qoymaq planının bir hissəsidir.

“Tesla” və ya “Volkswagen”dən fərqli olaraq, “General Motors”un enerji doldurma şəbəkəsi yoxdur. Şirkət digər istehsalçıların cihazlarından istifadə edir.

Bu gün ABŞ-da 41 mindən çox enerji doldurma stansiyası olsa da, sürücülər işləyən cihaz tapmaqda çətinlik çəkirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər