9 C
Baku
Wednesday, November 13, 2024

“General Motors” Avstraliya və Yeni Zelandiya bazarını tərk edir

ABŞ-ın “General Motors” (GM) şirkəti qlobal fəaliyyətə dəyişiklik edilməsi ilə bağlı plan çərçivəsində Avstraliya və Yeni Zelandiya bazarını tərk etməyə hazırlaşır.

Bu baədə “Kommersant” nəşrinə istinadən xəbər verilir.

Məlumata görə, GM 2021-ci ilə qədər həmin ölkələrdə bütün fəaliyyətinə son qoymağı, “Holden” markasının istehsalını dayandırmağı planlaşdırır. Bu isə şirkətə 1,1 milyard ABŞ dollarına başa gələcək.

Bununla yanaşı, GM-ə məxsus “Chevrolet” markasının Tailanddan çıxarıldığı, Rayonq şəhərindəki müəssisənin Çinin “Great Wall” şirkətinə satıldığı bildirilir. Bu sövdələşmənin məbləği açıqlanmayıb.

Şirkət bundan sonra yalnız güclü mövqelərə malik olduğu ABŞ, Cənubi Amerika, Yaxın Şərq, Çin, Cənubi Koreya bazarlarına diqqət yetirəcək.

Xatırladaq ki, 2017-ci ildə GM “Opel / Vauxhall” brendini Fransanın PSA şirkətinə sataraq Avropa bazarından, habelə Rusiya və Yaponiyadan çəkilmişdi.

©Report

Son xəbərlər
Digər xəbərlər