6 C
Baku
Saturday, December 14, 2024

“General Motors” Çinin pilotsuz sistemlərinə $300 mln. sərmayə qoyur

“General Motors” Çinin avtonom sürücülük sistemlərinin inkişafetdirici “Momenta” şirkətinə 300 milyon dollar sərmayə qoyur.

Banker.az xəbər verir ki, bunun sayəsində avtomobil konserni ÇXR-də pilotsuz nəqliyyat vasitələrinin işini qurmağı planlaşdırır.

“Momenta” – Çində avtonom sürücülük texnologiyasında əsas vasitə olan HD xəritələrini toplamaq icazəsi olan bir neçə şirkətdən biridir. ”General Motors”dan başqa şirkəti “SAIC Motor”, “Toyota Motor” və “Daimler AG” dəstəkləyir.

İyun ayında amerikan avtomobil istehsalçısı 2025-ci ilin sonuna qədər elektrikli avtomobillərə və avtonom idarəetmə texnologiyalarına 35 milyard dollar sərmayə qoymaq niyyətində olduğunu açıqlamışdı.

Qeyd edək ki, Çinin avtomobil istehsalçıları ölkə ərazisindəki nəqliyyat vasitələri haqqında məlumatları gizli saxlamağa məcburdurlar. Bu məlumatları digər ölkələrə ötürmək üçün müvafiq orqanların razılığı tələb olunur.

Son xəbərlər
Digər xəbərlər