“General Motors” çip çatışmazlığına görə istehsalı dayandırır

ABŞ-ın avtomobil nəhəngi “General Motors” şirkəti pikap istehsalını dayandırmaq barədə qərar qəbul edib.

Buna səbəb kimi yarımkeçirici çiplərin çatışmazlığı göstərilir.

“Chevrolet Silverado” və “GMC Sierra” pikapları istehsal edən, Miçiqanda, İndianada və Meksikada yerləşən zavodlarda istehsalın 2 avqustda bərpa olunacağı gözlənilir.

Xatırladaq ki, “AlixPartners” konsaltinq şirkətinin hesablamalarına görə, 2021-ci ildə yarımkeçirici çiplərin defisiti ilə bağlı problem qlobal avtomobil sənayesinə 110 milyard ABŞ dollarına başa gələcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.