13 C
Baku
Saturday, November 23, 2024

“General Motors” elektrikli furqonların istehsalına başlayır

Amerikanın avtomobil istehsalçısı “General Motors” ilk elektrikli furqonunu təqdim edib.

Banker.az xəbər verir ki, EV600 yük maşınları “FedEx” və ABŞ-ın ən böyük mobil operatoru “Verizon” şirkətinə satacaq. İlk 500 avtomobil 2021-ci ilin sonuna kimi istehsal ediləcək.

Xatırladaq ki, 2021-ci ilin yanvarında “General Motors” akkumulyatorlu mikroavtobuslar istehsal edəcək “BrightDrop” adlı törəmə şirkət yaratdığını elan etmişdi.

Şirkətin baş direktoru Trevis Kaç 2025-ci ilə qədər elektrikli avtomobil bazarına tədarükün 30 milyard dollara çatacağını etiraf etmişdi. “Bloomberg”in qeyd etdiyi kimi, “General Motors” elektron kommersiyadan maksimum dərəcədə faydalanmağa çalışır.

“Biz kommersiya parkının digər seqmentlərə nisbətən daha sürətli elektrikləşəcəyini gözləyirik. Onlar riyaziyyatla məşğul olurlar və iqtisadiyyatı yaxşı başa düşürlər”, – deyə Kaç əlavə edib.

Onun sözlərinə görə, EV600 və EV410 bir şarjla 250 mil (təxminən 400 km) məsafə qət edir. “General Motors” elektrikli mikroavtobusların qiymətini açıqlamır.

Daha əvvəl ABŞ-ın ən böyük kommersiya avtomobillərinin istehsalçısı olan “Ford” şirkətinin 2021-ci ilin sonuna qədər “E-Transit” furqonlarını satmağa başlayacağını məlum olmuşdu.

Bundan əlavə, Amerikanın “Rivian” startapı da elektrikli pikaplar bazarına çıxmışdı – şirkət “Tesla”, “General Motors” və digər istehsalçıları geridə qoymuşdu. Baza komplektasiyalı “Rivian” avtomobilinin qiyməti 70 min dollar təşkil edib ki, bu da “Tesla Model X” ilə müqayisədə 20% ucuzudur.

Son xəbərlər
Digər xəbərlər