“General Motors” şirkəti investorların açıqlamasından sonra “Tesla”nın əsas rəqibi olan “Nikola”dakı payından imtina edib. Açıqlamada deyilir ki, şirkətlər arasında “2020-ci il 8 sentyabr tarixli razılaşmanı” əvəz edəcək yeni memorandum imzalanıb.
Xatırladaq ki, sentyabr müqaviləsinin şərtlərinə görə, “General Motors” konserni “Nikola”nı elektrikli batareyalar və yükdaşıyıcı maşınların yanacaq elementləri ilə təchiz etməlidir. Bunun əvəzinə “GM” 2 milyard dollar dəyərində səhm və startapın direktorlar şurasında yer qazanacaq. Yeni memorandum isə “General Motors”un “Nikola”ya yalnız yanacaq elementlərini təchiz etməsini nəzərdə tutur.
Müqavilə şərtlərinin pozulması “Nikola” səhmlərinin Nasdaq birjasında 26% (20,96 dollara qədər) düşməsinə səbəb olub.