13 C
Baku
Saturday, November 23, 2024

“General Motors” işlənmiş avtomobillərin satışı xidmətini işə salır

“General Motors” işlənmiş avtomobillərin satışı xidmətini işə salmağı planlaşdırır.

Banker.az xəbər verir ki, şirkətdə verilən məlumata görə, “CarBravo” adlanan bu xidmət 2022-ci ilin yazında istifadəyə veriləcək. Vurğulanır ki, maşınları həm onlayn, həm də diler mərkəzlərində əldə etmək mümkün olacaq.

Platformada “General Motors”, eləcə də digər istehsalçıların avtomobilləri təqdim ediləcək.

Şirkət “Chevrolet”, “Buick” və “GMC” dilerlərinin qeydiyyatına başlayıb. “Cadillac” brendi işlənmiş avtomobillərini satmaq üçün öz platforması üzərində işləyir.

Bununla “General Motors” yeni xidmətin “CarMax”, “Carvana” və digər platformalarla rəqabət aparacağına inanır. Eyni zamanda şirkət diler mərkəzlərində 400 mindən çox avtomobilin olduğunu vurğulayır. Bu, rəqiblərdən qat-qat çoxdur.

Son xəbərlər
Digər xəbərlər