13 C
Baku
Saturday, November 23, 2024

“General Motors” Rusiyaya avtomobil ixracını dayandırır

“General Motors” Rusiyaya avtomobil ixracını dayandırıb.

Banker.az xəbər verir ki, “General Motors Rusiyaya avtomobil ixracını növbəti bildirişə qədər dayandırıb”, – deyə mesajda bildirilib.

Şirkətdən verilən məlumata görə, o, Rusiya Federasiyasında kadrlara zəmanət vermək üzərində işləyir, həmçinin biznesin aparılmasına sanksiyaların mümkün nəticələrini təhlil edir.

Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyinin tanınması haqqında fərmanlar imzalayıb, fevralın 24-də isə Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyatın başlandığını elan edib. Bundan sonra Aİ ölkələri, ABŞ və bir sıra digər dövlətlər Rusiya və onun ən böyük şirkətlərinə qarşı sanksiyalar tətbiq ediblər.

Son xəbərlər
Digər xəbərlər