22 C
Baku
Saturday, April 20, 2024

“General Motors”un 12 ildə ilk dəfə 49 mindən çox işçisi tətil elan edib

“General Motors” avtomobil konserninin 49 mindən çox əməkdaşı, ABŞ-ın avtomobil sənayesi işçilərinin Birləşmiş Həmkarlar İttifaqının üzvləri tətilə başlayıb. Bu, sözügedən Həmkarlar İttifaqının 2007-ci ildən bəri ilk milli tətilidir.

Report agentliyi TASS-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi ilə yeni əmək müqaviləsinin şərtləri ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra Həmkarlar İttifaqının bu qərarı verib. Əməkdaşlar iş vəzifələrini yerinə yetirməkdən imtina edirlər, bəziləri isə hətta təşkil ediləcək piketə qatılmaq niyyətindədir.

“Associated Press”in məlumatına görə, ittifaqla konsern arasında kollektiv müqavilənin müddəti şənbə günü axşam başa çatıb. Bazar günü 200-ə yaxın zavod müdiri tərəflərin axşamadək razılığa gəlməyəcəkləri təqdirdə tətil keçirilməsindən yana olduqlarını açıqlayıb. Bazar ertəsi işçilərin tətillərinə görə ABŞ-ın 9 ştatında 33 zavod, eləcə də ehtiyat hissələrin bölüşdürülməsi üzrə 22 müəssisə bağlanıb. Aksiyanın hansı müddətə planlaşdırıldığı bilinmir.

“General Motors” rəhbərliyinin bildirdiyinə görə, onlar öz növbəsində işçilərə maaşların artırılmasını, tibbi sahədə güzəştlərin təmin edilməsini və 5,4 min yeni iş yerlərinin açılmasına yardım olacaq 7 milyard dollarlıq investisiya qoyulmasını təklif edib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər