6 C
Baku
Sunday, February 22, 2026

“Gens Elektik” MMC üç vakant yer üzrə iş elanı edir – Maaş: 300-500 AZN

1. Satış və Marketing üzrə Menecer

Əsas tələblər:

– 25-35 yaş aralığında olan xanım və bəy namizədlər;
– Təhsil: Ali
– İş stajı : müvafiq sahədə ən az 2 il;
– Dil biliyi: – Rus və İngilis dillərində səlis danışıq və yazma bacarığı;
– Kompüter biliyi: MS Office (yüksək səviyyədə)
– Sürücülük vəsiqəsinin olması şərtdir.

İş haqqında məlumat:

– Yüksək analitika qabiliyyəti;
– Yüksək ünsiyyət və təqdim etmə bacarıqları;
– Marketinqin  əsas prinsiplərini yaxşı bilmək;
– Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
– Regionlara səfər etmək imkanının olması;;
– Reklam sahəsində təcrübəyə malik olmaq;
– Müştərilərə keyfiyyətli xidmətin göstərilməsi;
– Müştəriyə malın seçimində məsləhət və yardım;
– Xüsusi  promosyonlar və kampaniyalar haqqında məlumat.

– İş saatları: həftəiçi 09:00-19:00 şənbə 09:00-18:00
– İstirahət günləri: Bazar
– Nahar şirkət tərəfindən verilir
– Korporativ telefon xərcləri şirkət tərəfindən qarşılanır

– Əmək haqqı: 500 AZN + faiz


2. Mühasib

Əsas tələblər:

• 20-30 yaş aralığında olan xanım namizədlər;
• Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
• Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma;
• Daimi  yaşayış yeri Bakı  şəhəri
• Rus dilində səlis danışıq və yazışma bacarığı (ingilis dili arzuolunandır)

Vəzifə öhdəlikləri:

• İlkin sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
• Hesablarla işləmək bacarığı;
• Mühasibat uçotu, sənədləşmələrinin düzgün tərtib etdilməsi və nəzarətdə saxlanılması;
• Vergi hesab fakturaların yazılması;
• Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
• Əmək haqqı, məzuniyət, xəstəlik vərəqi, ezamiyyət, tabel cədvəli və digər. mühasibat cədvəllərinin tərtib etmək;
• Bank əməliyyatları ;Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunun aparmaq;
• Xidməti materiallar ilə işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir;
• Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır;
• E-mail ünvanına gələn məktubların cavablandırılması;
• Görülmüş işlərin maya dəyərinin hesablanması;
• Debitor ve kreditor hesablarının aparılması və onlara nəzarət
• Anbara nəzarət

İş saatları: həftəiçi 09:00-19:00 şənbə 09:00-18:00
– İstirahət günləri: Bazar
– Nahar şirkət tərəfindən verilir

– Əmək haqqı: 300-500 AZN


3. SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS

Əsas tələblər:

– 25-35 yaş aralığında olan xanım və bəy namizədlər;
– Ali təhsil
– Rus və İngilis dillərində səlis danışıq və yazma bacarığı;
– Satınalma sahəsində ən az  2 il iş təcrübəsi;
– MS Office proqramlarını yüksək səviyyədə bilməli;
– Sürücülük vəsiqəsinin olması şərtdir.

İş haqqında məlumat:

– Alınan məhsulların  logistika fəaliyyətlərini tənzimləmək;
– Beynəlxalq yazışma və danışıqların aparılması;
– Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtlərini bilməli;

– Xarici bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması ;
– Satınalma ilə  bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinə nəzarət;
– Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılması;
– Məhsul  haqqında məlumatın satınalma proqramına daxil edilməsi;

– İş saatları: həftəiçi 09:00-19:00 şənbə günü 09:00-18:00
– İstirahət günləri: Bazar
– Nahar şirkət tərəfindən verilir
– Əmək haqqı: 500 AZN + bonus

Email address: Suqra.Quliyeva@genselektrik.com

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində göstərməyiniz, və cv-nizin şəkillə yollamanız xahiş olunur.Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Son xəbərlər
Digər xəbərlər