18 C
Baku
Saturday, November 2, 2024

George Soros-u “ilin adamı” seçdilər

Britaniyanın “Financial Times” qəzeti amerikalı maliyyəçi George Soros (Corc Soros) “ilin adamı” seçib.

Nəşr adətən, bu kateqoriyaya əldə etdiyi nailiyyətləri ilə tanınan şəxsləri layiq görür. Nəşr qeyd edir ki, maliyyəçi liberal demokratiya və açıq cəmiyyətin bayraqdarıdır.

Qəzet yazır ki, üç onillikdən çoxdur ki, Soros xeyriyyəçilik yolu ilə avtoritarizm, rasizm və dözümsüzlüklə mübarizə aparır.

Qeyd edək ki, Sorosun “Quantum” şirkəti fəaliyyətinin 40 ili ərzində 35 milyard qazanc əldə edib. Soros, həmçinin aktiv şəkildə siyasətlə də məşğul olur. Onu adını daşıyan fond dəfələrlə bəzi ölkələrdə hakimiyyəti dəyişməkdə ittiham olunub. Maliyyəçi özü də etiraf edib ki, onun pulları 2004-2013-cü illərdə Ukraynada “narıncı inqilab” və “Avromaydan”ı keçirməyə yardım edib.

Bir sıra ölkələr isə onu ölkənin daxili işlərinə qarışmaqda günahlandırıblar. Soros fondunun fəaliyyətini dayandırdığı son ölkə Türkiyə olub.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər