19 C
Baku
Friday, October 4, 2024

“Georgian Airways”də sərnişin axını 50 faiz artıb

Rusiya, Ermənistan, İsrail və Avropa İttifaqı ölkələrinə uçuşlar həyata keçirən Gürcüstanın “Georgian Airways” aviaşirkəti bu yay 160 mindən çox sərnişinə xidmət göstərib.

Şirkətin məlumatına görə, 2023-cü ilin yayı ilə müqayisədə sərnişin axınının artımı 50% təşkil edib.

“Georgian Airways” 2023-cü ilin mayında Moskvaya, həmin ilin dekabrında isə Sankt-Peterburqa birbaşa uçuşları bərpa edib. Aviaşirkətin saytında dərc olunan məlumata görə, sentyabrın 30-dan etibarən Tiflisdən Novosibirskə birbaşa uçuşlar həyata keçiriləcək – həftədə iki dəfə, bazar ertəsi və cümə günləri.

Tiflis və Batum hava limanlarını idarə edən “TAV Georgia”nın baş meneceri Teya Zakaradze bildirib ki, “Georgian Airways” paytaxt hava limanında aviaşirkətlər arasında sərnişin daşımasında liderə çevrilib.

Bu ilin 8 ayı ərzində 338 min nəfər (ümumi sərnişinlərin 12%-i) Gürcüstan şirkətinin xidmətlərindən istifadə edib. Tiflisdə ikinci yerdə 317 min sərnişinə (10%) xidmət göstərən “Türk Hava Yolları” şirkətidir.

Son xəbərlər
Digər xəbərlər