Beynəlxalq Valyuta Fondunun (IMF) hazırkı rəhbəri Kristalina Georgiyeva yeni müddətə yenidən seçilib.
Bu barədə Fond məlumat yayıb.
“Beynəlxalq Valyuta Fondunun İcraiyyə Şurası bu gün Kristalina Georgiyevanı 2024-cü il oktyabrın 1-dən etibarən ikinci beşillik müddətə IMF-in idarəedici direktoru vəzifəsinə seçib”, – press-relizdə diqqətə çatdırılıb.
Qeyd olunub ki, Georgiyeva bu vəzifəyə yenidən seçilmək üçün yeganə namizəd olub.