Gerhard Şröder və Mattias Varniq “Rosneft”in direktorlar şurasında səlahiyyətlərinin uzadılmasının qeyri-mümkün olduğunu elan ediblər.
Bu barədə şirkətin press-relizində deyilir.
“Rosneft”dən bu qərarın anlayışla qarşılandığı bildirilib.
Almaniyanın keçmiş kansleri Gerhard Şröder (1998-2005-ci illərdə vəzifədə olub) 2017-ci ildən “Rosneft”in Direktorlar Şurasının sədridir.