10 C
Baku
Friday, December 13, 2024

Geri sayım başlayıb. “AXA MBASK” fəaliyyətini yavaş-yavaş dayandırır

“AXA MBASK” Sığorta Şirkəti ASC Azərbaycanda 28 illik fəaliyyətini sanki dayandırmağa doğru istiqamətləyib. İşçilər azaldılıb, filial və nümayəndəliklər qapadılıb. Səhmdarı son qərarda sığorta şirkətinin nizamnamə kapitalını 3.4 mln. manat (14.2%) azaldılmaqla 20.54 mln. manata düşürdüb.

Bildirməliyik ki, Sığorta Şirkətinin nizamnamə kapitalı 2018-ci ilin ikinci rübündə bazarda “mövqe gücləndirmək” üçün 4.2 mln. manat artırılmışdı. O həmin müddət idi ki, artıq media ard-arda “Unibank”-ın Müşahidə Şurasının üzvi olmuş Elxan Qəribli-nin Sığorta Şirkətinin səhmdarı (100% pay) olan Fransanın “AXA Group”şirkətinin törəməsi “AXA Seguros Generales, S.A., De Seguros y Reaseguros”dan satın almasından yazırdı. Rebrendinqin olunacağı deyilirdi. Daha sonra bank səhmdarının “AXA MBASK”dakı payını alınması ilə bağlı bir ara da xəbər çıxdı ki, Fransa sığorta brendi bundan sonra Azərbaycandan gedəcək.

Lakin, bu mövzu rəsmi sənədlərdə öz yerini tapmadı. Rəsmi olaraq yeganə səhmdar elə Fransanın “AXA” sığorta brendinin törəməsi göstərildi. Elə 1 iyul 2020-ci il tarixinə qədər də məhz bu qeyd edilən “AXA Seguros Generales, S.A., De Seguros y Reaseguros” göstərildi.

“AXA” ölkədən getməklə, “AXA MBASK”ın da yavaş-yavaş bazardakı fəaliyyətlərinə son qoyulur.

“Bunun səbəbi isə,  sahibkar Elxan Qəribli ilə 2018-ci ildə imzalanmış müqavilənin qüvvədən düşməsidir. Həmin müqaviləyə əsasən, sahibkar, şirkətin bütün səhmlərini əldə etmək niyyətində olmuşdur. AXA Azərbaycanda törəmə şirkətini bağlamaq niyyətində olduğu üçün şirkət artıq yeni müqavilələr bağlamayacaq və yalnız mövcud portfelini idarə edəcək”, – deyə, 2019-cu ilin aprelindəki açıqlamada deyilirdi.

Tarixə nəzər saldıqda, əslində Sığorta Şirkətinin öncəki səhmdarı Eldar Qəribov olub, hansı ki, o da adıçəkilən bankda əsas səhmdardır. “MBASK” 2010-cu ilə qədər Azərbaycan kapitallı bir sığorta şirkəti idi. Şirkətin səhmlərinin mühüm pay hissəsi isə qeyd etdiyimiz şəxsə – Eldar Qəribov-a məxus olub. E.Qəribov müsahibələrinin birində ölkədə qeyri-neft sektoru üzrə xarici investor cəlbinə görə ölkə üçün də “böyük bir hadisə” kimi vurğulamışdı.

Keçək sığorta şirkətinin indiki halına

Sığorta şirkətinə yaxın mənbə şirkətin artıq fəaliyyətinin dayanma doğru getdiyini bildirib.

“AXA MBASK”a 2019-cu ilin ilk rübündən maliyyə bazarının tənzimləyicisi (Maliyyə Bazarlarına Nəzarət Palatası, indi bu mandat AMB-dədir) tərəfindən sığorta fəaliyyətinə məhdudiyyətlər tətbiq edilir. Bunun fonunda sığorta şirkətinin maliyyə vəziyyəti  çətinləşməkdədir. Məsələn, ilin tən yarısında sığortaçının fəaliyyətində 2.12 mln. manatlıq zərər açıqlanıb. Sığorta şirkəti 2020-ci ilin ilk 6 ayı ərzində 1.28 mln. manatlıq cəmi gəliri olub. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 11.35 mln. manat idi. Balansındakı illərin yığılmış zərərinin həcmi 9.43 mln. manata yüksəlib.

Hesabat dövrünün sonun işçi sayı 13 nəfərə düşüb. Sığorta Şirkətinin işçi sayı son 3 ay ərzində 12 nəfər, (2020,R1: 25 nəfər) son bir il ərzində isə 34 nəfər (2019,R4: 47 nəfər) azalıb. Şirkətin daha bir açıqlamasında isə 5 filial və 3 nümayəndəliyinin bağlandığı elan edilib.

Son xəbərlər
Digər xəbərlər