21 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Geriləmədən çıxa bildi: Uzun müddətdən sonra ictimai iaşə dövriyyəsi ilk dəfə artıb

Screen Shot 2021 09 02 at 14.34.20

Cari ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi 459 milyon manat olub.

Banker.az rəsmi statistk göstəricilərə istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə dövriyyə 8 faiz artıb.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,5 faizi hüquqi şəxslərin, 50,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 18,6 faiz artaraq 229,4 milyon manat olub.

Qeyd edək ki, pandemiyanın başladığı mart ayından etibarən ölkədə ictimai iaşə dövriyyəsində azalma müşahidə olunurdu. Uzun müddətli geriləmədən sonra bu ilin ilk 7 ayında dövriyyədə artım qeydə alınıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər