28 C
Baku
Saturday, June 25, 2022

German Qref: «Ənənəvi bankçılıq mənə qətiyyən maraqlı deyil!»

Rusiyanın Sberbank rəhbəri German Qref bank əməkdaşları ilə “Açıq dialoq” zamanı əməkdaşlara kredit təşkilatını iki ildən sonra necə gördüyü barədə danışıb. “Ya biz yeyilən tərəf olacağıq, ya da özümüzdən sonra piroqdan dilim saxlayacağıq”.

Banker.az onun çıxışının əsas diqqət çəkən məqamlarını təqdim edir:

  • Bank sahəsində nəhəng dəyişikliklər baş verir. Biz bilirik ki, bazarımıza bizim piroqumuzdan bir dilim dadacaq olan “yeni istedadlar” daxil olur. Və düşünmək lazım olacaq, biz hardayıq və bir neçə ildən sonra kim olacağıq. Ya biz yeyilən tərəf olacağıq, ya da özümüzdən sonra piroqdan dilim saxlayacağıq.
  • Bu il biz kim olduğumuzu dərk etmək üçün çox zaman sərf etdik. Hazırda sahib olduğumuzu qoruyub saxlaya biləcəyikmi?! Yaxud çox ciddi transformasiya yaşamalı olacağıq?!
  • Bizim gələcəyimiz – içərisində texnoloji platforma yerləşən ekosistemdir. Və o müəyyən kriteriyalara uyğun gəlməlidir. O belə desək, open-source-alətlər əsasında təşkil edilməlidir. Rəqabətə dayanıqlılığımız uzun müddətlik olmalıdır.
  • Platforma şirkətin özünün tərkibində yaradılmalıdır. Bu nəticəyə iki il əvvəl gəlmişik. Hazırda dünyada sayca çox az banklar bu yol ilə gedir. Bunu edən nəhəng banklar isə nadirdir. Biz – dünyada bu yolda gedən üç bankdan biriyik.
  • Növbəti iki il ərzində tapşırığımız qeyd etdiyim alətlər əsasında bizim platformanın yaradılmasını həyata keçirməkdir. Və mən müddətləri müzakirə etmirəm! 2018-ci ilin sonuna qədər platformanın yaradılmasını başa vurmalıyıq. 2017-ci ildə bu prosesin təqribən 80%-i həyata keçməlidir.
  • Səni “yeməsinlər” deyə şüurunu açıq saxlamalısan. Bəzi kolleqalar hətta deyirlər – “Biz bank olduğumuzdan xəcalət çəkməyə başlamışıq”. Biz isə bank olduğumuzdan utanmırıq. Biz sadəcə deyirik ki, bankların gələcəyi yoxdur. Əgər biz yalnızca bank olduğumuzla fəxr etsək və sadəcə buna davam etsək, bizi çox kədərli dövrlər gözləyir.
  • Bu gün professional rəqabətlə yanaşı minimum IT rəqabətə də sahib olmaq lazımdır. Belə bir ifadə var: “Hər gün IT sahələrdən birini udur”. Bəli, bir tərəfdən bu belədir, daha doğrusu, universallaşmağı bacarmayanlar üçün bu çox qorxuludur. Bunu çağırış kimi qəbul edənlər və ona cavab verənlər üçün bu kifayət qədər maraqlı səslənir.
  • Səmimi olsam, ənənəvi bankçılıq mənə tamamilə maraqsızdır! Çünki o ağırdır, risklidir, rahat deyil! Və mən banklara getmək istəmirəm! Mən bu banklarda növbədə dayanmaq istəmirəm! Bu şöbələrin qarşısında öz dəyərli vaxtımı itirmək istəmirəm! Mən istəyirəm ki, bank bax elə bura, mənim ona ehtiyacım olan zaman, buraya gəlsin. Ən yaxşısı isə onun problemi məndən əvvəl aşkar etməsi olardı. Və bundan daha artığı, problem yaranmadan öncə onun haqqında proqnoz versin.
  • Bu çağırışlara cavab verməyi bacaranları, universal rəqabətə nail olanları düşünmürəm ki, xoşagəlməz nələrsə gözləsin! Düşünürəm ki, onları çox maraqlı bir səyahət gözləyir!

 

Son xəbərlər
Oxşar xəbərlər