“AzerGold” QSC Ağyoxuş, Çovdar Filiz Emalı (qiymətli metallar çıxarılan və saxlanılan yerlər istisna olmaqla) və Daşkəsən Dəmir Filizi Sahələri üzrə mühafizə xidmətinin satın alınması üçün elen etdiyi tenderi yekunlaşdırıb.
Banker.az xəbər verir ki, qalib şirkət “Gesco” ASC-dir. “AzerGold” qalib şirkət ilə məbləği 1 419 121 manat olan müqavilə bağlayıb.
2005-ci ildə dövlət qeydiyyatına alınmış və 4 000 manat nizamnamə kapitalı olan “Gesco” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ev, 1965-Cİ Məhəllə, Bina 5-dir. Şirkətin qanuni təmsilçisi Anar Cəlilovdur.