28 C
Baku
Saturday, July 27, 2024

Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək, Bank deyir

Dünya bazarında neftin qiyməti 50 dollar/barel ətrafında qorunarsa, Azərbaycanda ABŞ dollarının məzənnəsi hələ bir müddət sabit qalacaq. 

Bunu Report agentliyinə açıqlamasında Danimarkanın internet bankçılıq xidmətləri göstərən “Saxo Bank”ın analitikləri bildiriblər.

Eləcə də bax:  Proqnoz: ABŞ dollarını ciddi möhkəmlənmə gözləyir 

Bankdan verilən məlumata əsasən, hazırda Azərbaycanda dolların məzənnəsi 1,70 manat səviyyəsində idarə olunur: “Lakin əgər Azərbaycan 2018-ci ildə məzənnə siyasətini köklü şəkildə dəyişməsə, dolların məzənnəsini idarə etmək çətinləşəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Çinin “Geely Holding Group” Şirkətlər Qrupu “Saxo Bank”ın səhmlərinin 51,5%-ni 800 mln. dollardan baha qiymətə almaq istədiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər