17 C
Baku
Sunday, May 26, 2024

Geyts Marsa uçuşlar üçün texnologiyaya indi sərmayə qoymağı düzgün hesab etmir

“Microsoft” şirkətinin yaradıcısı Bill Geyts amerikalı iş adamı İlon Maskın etdiyi kimi Marsa uçuş layihəsinin inkişafına indi sərmayə qoymağı məqsədəuyğun hesab etmir.

Bu barədə amerikalı milyarder BBC-yə danışıb.

O qeyd edib ki, Yer kürəsində prioritet diqqət tələb edən həll olunmamış problemlər var və Marsa uçmaq yetərincə baha başa gəlir:

“Siz [bu pulla] qızılcaya qarşı peyvənd alıb həyatlar xilas edə bilərsiniz”, – B. Geyts vurğulayıb.

Eyni zamanda, o, Maskın bir gün “böyük xeyriyyəçi” olacağını bildirib.

Xatırladaq ki, daha öncə İlon Mask bəşəriyyətin bu onilliyin sonuna qədər ilk dəfə Marsa ayaq basacağını deyib. Bundan əlavə, o, indiki şəraitdə insanların Marsa göndərilməsinin 1 trilyon dollara başa gələcəyini irəli sürüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər