Giffen effekti (Giffen effect, Giffen paradoksu) – nə görə məhsulun müxtəlif növlərinin qiymətlərinin azaldılması onlara olan tələbatın səviyyəsini də aşağı salır. Bu əks istiqamətdə olduqda da mahiyyət etibarilə eyni olur: məhsulun müxtəlif növlərinin dəyərini artırmaq, ona olan tələbatın artmasına səbəb olur.
Giffen effekti alıcıların iqtisadi və yaxud siyasi vəziyyətə reaksiyasına aid edilir və əsas tələbat olan məhsullara aid edilir. Alıcıların məhsullara münasibətində müxtəlif davranışlar məhsulları iki qrupa bölməyə imakn verir: adi məhsullar və “Giffen məhsulları”.
Giffen məhsulları – tələbatın qiyməti yüksəltdiyi məhsullardır. Məhsulların əksəriyyətində qiymətin yüksəldilməsi tələbatın azalması ilə müşahidə edilir. Giffen məhsullarında isə hər şey əksinədir – məhsulun qiyməti artdıqca, ona olan tələbat da yüksəlir və insanlar onu daha çox almağa başlayır. Giffen məhsullarına xarakterik olan məhsullara nümunə olaraq – düyü, makaron, çörəyi göstərmək olar. Benzinin qiyməti artdıqda isə burada qısa müddətli effekt müşahidə edilir.
Giffen məhsullarının xarakteristikası:
• aşağı dəyərli mal;
• istehlak büdcəsində əhəmiyyətli yer turur;
• ekvivalent əvəzləyici məhsul yoxdur;
• bir çox hallarda bu məhsulun istehlakçıları orta və aşağı gəlirli insanlar olur.
Bu termin ilk dəfə XIX əsrdə qeyd və təsvir edilib. Robert Giffen 1845-1849-cu illərdə İrlandiyada hökm sürən aclıq zamanı bu paradoksu kəşf etmişdir. O təhlillər apararaq müşahidə edir ki, insanların günlük istifadəsi üçün mühüm olan məhsulalrın qiymətlərini yüksəltdikdə, onlara olan tələbat azalmaqdansa, artmağa doğru gedir.
“Giffen effekti” anlayışı isə Alfred Marşall-ın sayəsində iqtisadçıların və marketoloqların yaddaşında qalmışdır. O 1895-ci ildə Robert Giffen-in adını bu iqtisadi anlayışla əlaqələndirir.