22 C
Baku
Friday, April 26, 2024

‘Gilan Holdinq’ ‘AFB Bank’ın səhmlərini bu şəxsə satıb – İnvestorun adı açıqlanıb

Yaxın vaxtlara qədər “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.

Banker.az bildirir ki, Bu barədə Report Agentliyi maliyyə bazarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, alqı-satqı bu il fevralın 7-də baş tutub.

H.İsmayılov həm də “AFB Bank”la birlikdə “Gilan Holdinq” MMC-yə daxil olan “Azsığorta” ASC-nin 100%-lik səhmdarı, eləcə də “Bank of Baku” ASC-nin 31,1%-lik səhmdarıdır. 

Bildirək ki, ötən gün yayılan məlumata görə, Gilan Holdinqin bankdakı səhmlərinin 99.8%-ni satıb və bank yaxın zamanlarda rebrendinq edəcək.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər