Vakansiya 1: Yük Maşınlarının idarəedilməsi üzrə Qrup Rəhbəri (Gilan FMCG)
Əsas vəzifə öhdəlikləri:
• Tələb olunan bütün hesabatların dəqiq və vaxtında təqdim olunması;
• İşçi quvvəsinin avadanlıq və nəqliyyat ehtiyaclarının qiymətləndirilməsi və nəticənin rəhbərliyə təqdim edilməsi;
• Marşrutların seçimi, satışın səmərəli təşkili və müştəriyə göstərilən xidmətin keyfiyyət səviyyəsini yüksəltmək məqsədi ilə nəzarətçilərlə qarşılıqlı münasibətin yaradılması;
• Anbar meneceri ilə qarşılıqlı münasibət yaradıb məhsulların səmərəli şəkildə yığılıb göndərilməsi ilə problemlərin həll yolunun tapılması;
• Məhsulların yüklənilməsinin, boşaldılmasının və mərkəzləşdirilmiş daşınmasının təşkili və nəzarət edilməsi;
• Məhsulların təhlükəsiz daşınmasına, yüklənilməsinə, boşaldılmasına, çeşidlənməsinə və saxlanılmasına nəzarət edilməsi;
• Daşınma ilə bağlı gəlir və xərclərin əməliyyat uçotunun təmin edilməsi;
Tələblər:
• Ali təhsilin olması;
• 3 ildən az olmayaraq iş stajının olması;
• Məsuliyyətli, idarəçilik qabiliyyətinə malik olması;
• Bakı yollarını yaxşı bilməli;
Vakansiyaya müraciət etmək üçün aşağıdakı göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur: http://hr.gilanholding.com/v/3252
Vakansiya 2: Anbar üzrə Nəzarətçi
Əsas vəzifə öhdəlikləri:
• Anbarın idarə edilməsi;
• Malların anbara qəbul prosessinin təşkili və idarə edilməsi;
• Malların sənədlərə uyğun verilməsinin təşkili və nəzarət edilməsi;
• Tranzit malların hazırlanmasının təşkili və nəzarət edilməsi;
• Malların vaxtında və dəqiq uçotu və inventarizasiyasının aparılması;
• Qəbul olunmuş qaydalara əsasən malların yerləşdirilməsinə nəzarət edilməsi;
• Malların yararlılıq müddətinə nəzarət edilməsi;
Tələblər:
• Ofis proqramlarını (Word, Excel) mükəmməl bilməsi;
• Diqqətli, məsuliyyətli və ciddi olması;
• Kollektivdə işləmək və yüksək ünsiyyət bacarığı olması;
Vakansiyaya müraciət etmək üçün aşağıdakı göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur: http://hr.gilanholding.com/v/3251
Vakansiya 3: Satış Analitiki
Əsas vəzifə öhdəlikləri:
• Satışın mütəmadi izlənilməsi, analizlərin aparılması;
• Hesabatların aparılması;
• Aylıq olaraq satış komandası üçün qoyulan satış planlarının əsasında KPI göstəricilərinin hesablanması;
• Müxtəlif məlumatların konsalidasiyası;
• Əsas və növbəti satışlar üzrə müntəzəm olaraq hesabatların aparılması;
• Nəticə üzrə analitik hesabatların hazırlanması;
• Rəqabət mühitinin təhlili;
• Satış göstəricilərinin nəzarətdə saxlanılması;
Tələblər:
• Ali təhsil;
• Kompyuter bilikləri: MS Office;
• Analitik bacarıq;
• Şəxsi keyfiyyətlər: yaradıcılıq-kreativlik, komanda şəklində işləmə qabiliyyəti, yüksək məsuliyyət;
• Təcrübə: 1 – 3 il;
Vakansiyaya müraciət etmək üçün aşağıdakı göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur: http://hr.gilanholding.com/v/3250
Vakansiya 4: Təlim üzrə Mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
• Satış komandası üçün şirkətdaxili təlimlərin keçirilməsi;
• Təlimin səmərəliliyinin qiymətləndirilməsi;
• Təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
• Məlumatın səmərəli, vaxtında və düzgün toplanılması texnikasından istifadə etməklə, işçilərin peşəkar inkişaflarının gedişatının təhlil edilməsi;
• Fəaliyyətin qiymətləndirilməsinə baxışın həyata keçirilməsi üçün, funksional rəhbərlərə köməkliyin göstərilməsi;
• Peşəkar inkişaf proqramları və strategiyalarının səmərəli inkişafının təmin edilməsi üçün, bütün dövri fəaliyyətlərin nəzərdən keçirilməsi;
• Korporativ təlim konsepsiyasının yaradılmasının təşkil edilməsi;
Tələblər:
• Ali təhsilin olması;
• Təlim keçmək üzrə təcrübəyə malik olması;
• Səlis danışıq qabiliyyəti;
• Güclü ünsiyyət bacarıqlarının olması;
• Təlimlərdə istifadə edilən avadanlıqlarla işləmək bacarığı;
Vakansiyaya müraciət etmək üçün aşağıdakı göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur: