10 C
Baku
Friday, December 13, 2024

Gilan Holding-in bankının kredit portfelinin aktivlərdəki payı 49%-dən 43%-ə düşüb

Səhm kapitalının 99%-i Gilan Holding-ə məxsus olan “AFB Bank” ASC-nin kredit portfelinin həcmi azalmaqla yanaşı cəmi aktivlərdəki payı azalıb.

Banker.az bildirir ki, bu barədə ASC-nin 2018-ci ilin yarımillik maliyyə hesabatında deyilir.

Hesabat dövrü ərzində bankın cəmi aktivləri artsa da (522,78 mln. manat) kredit portfeli cüzi azalaraq 224,77 mln manata düşüb ki, bunun da 166,64 mln. manatı xalis kreditlər təşkil edib. Digər bir göstərici Bankın cəmi aktivlərində kredit portfelinin 3 ay ərzində 49%-dən 43%-ə düşməsi olub.

Bankın depozit portfeli isə kredit portfelindən fərqli olaraq xeyli artıb. Belə ki, depozit porfeli ilin ilk rübündə azalsa da, ikinci rüb 27% artaraq 317,12 mln. manat olub ki, bununda əsas artım səbəbi hüquqi şəxslər tərəfindən cəlb olunan tələbli depozitlərdir. Hazırda hüquqi şəxslərin tələbli depoziti 23,44 mln. manatdır. Qeyd edək ki, bankın cəmi öhdəlikləri hazırda 450,78 mln. manata yaxındır.

Bankın balans kapitalı hazırda 72 mln. manatdır ki, bunun da 70,39 mln. manatı səhm kapitalıdır.

İşini Mənfəətlə Davam etdirir

Müsbət göstəricilərdən biri bankın faiz gəlirlərinin ötən ilin analoji dövrü ilə müqayisədə artmasıdır. Bankın cəmi faiz gəlirləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 5 mln., yəni, 43% artaraq 16,13 mln. manat təşkil edib. Bankın gəlirləri xərclərini qarşılamaqla yanaşı əməliyyat mənfəətini 12,89 mln. manata çatdırıb. Lakin, gəlirlərin 7,56 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Qeyd edək ki, hesabat dövründə bankın xalis mənfəəti 5,33 mln. manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər