1 C
Baku
Saturday, December 14, 2024

“Gilan Holding” turizm şirkətini də bu şəxsin idarəçiliyinə verib – təyinat

“Gilan Holding”in törəmə şirkəti olan “Gilan Hospitality Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, bu günə qədər direktor vəzifəsində çalışan Elgün Məmmədov Məmməd oğlu istefa verib. 2020-ci ilin son aylarından etibarən E.Məmmədov Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədr müavini kimi çalışır.

Onun yerinə Rəhman İbrahimov Faiq oğlu təyin edilib. R.İbrahimov həmçinin “Gilan Hospitality-Lənkəran” MMC və “Gilan Logistics Group” MMC-nin direktoru idi.

Xatırladaq ki, “Gilan Hospitality Group” MMC 2015-ci ildə yaradılıb və “Gilan Holdinq” ilə eyni ünvanda təsis edilib.

Son xəbərlər
Digər xəbərlər